Gürcüstan prezidenti Trampı andiçmə mərasimi münasibətilə təbrik edib Doğru Xəbərlər

21.01.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan prezidenti Mixeil Kavelaşvili ABŞ prezidenti Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib və siyasətçinin gürcü-amerikan münasibətlərini yeni səviyyəyə qaldıracağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, onun rəhbərliyi altında biz gürcü-amerikan münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxara biləcəyik”.

Kavelaşvili həmçinin Trampa məqsədlərinə çatmaqda, bəyan etdiyi dəyərləri qorumaqda və qlobal çağırışlarla mübarizədə uğurlar arzulayıb.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti və müxalifətdəki Sosialistlər Partiyasının (PSRM) lideri İqor Dodon Trampın digər dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşacağına ümid etdiyini bildirib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью