Gürcüstan Prezidenti xarici tərəfdaşlarına təcili çağırış edib

04.12.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gürcüstan Prezidenti Salome Zurabişvili polisin müxalifət təşkilatlarının ofisində axtarışları ilə əlaqədar ölkənin xarici tərəfdaşlarına təcili çağırış edib.

Zurabişvili “X” platformasında paylaşımında hakim partiyanın ölkəni uçuruma apardığını qeyd edib.

“Gürcüstanda repressiya. Mən bizim tərəfdaşlarımıza, böhranın və qeyri-sabitliyin qarşısını almaq istəyənlərə təcili çağırış edirəm, ölkəni uçuruma aparan hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır! Gecikməyin...!”, - Zurabişvili qeyd edib.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью