Gürcüstan Prezidenti yeni qanun imzaladı

30.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

Milli.Az xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, "üzü maska ​​və ya digər vasitələrlə gizlətmək" qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib. /APA

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью