Gürcüstan prezidentinin Bakı səfərinin proqramı bəlli oldu

14.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.

Axar.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.

Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью