Gürcüstan qaranlığa qərq oldu

09.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Belə ki, paytaxt Tbilisinin bir hissəsində, Msxetada, Qoridə, Batumidə, Potidə, Borjomidə, Kutaisidə, Zuqdididə və bir sıra digər şəhərlərdə işıq yoxdur.

Tbilisi elektrik paylayıcı şirkəti "Telmiko"dan bildirilib ki, elektrik enerjisinin kəsilməsi qəza ilə əlaqədardır.

"Tədricən elektrik təchizatı təmin ediləcək", - şirkətdən bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью