Gürcüstan Qazaxıstan əməkdaşlığı müzakirə olundu

05.02.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze qazaxıstanlı həmkarı Oljas Bektenovla görüşüb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Qazaxıstanın hökumət evində keçirilmiş görüşdə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub.

Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasını və bu istiqamətdə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının rolunu qeyd ediblər.

Baş nazirlər 2024-cü ildə ticarət dövriyyəsində illik müqayisədə qeydə alınmış 25%-lik artımı müsbət qiymətləndiriblər. Görüşdə ixracın həcminin artırılması potensialı da müzakirə edilib və bu istiqamətdə mövcud imkanlardan tam istifadənin vacibliyi vurğulanıb.
İ.Kobaxidze O.Bektenovu Gürcüstana rəsmi səfərə dəvət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью