Gürcüstan rəqəmsal milli valyuta buraxa bilər

13.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Gürcüstan Parlamenti Milli Bank haqqında qanuna dəyişiklikləri nəzərdən keçirəcək. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu dəyişikliklər mərkəzi bankın rəqəmsal larilərin buraxılması və dövriyyəsi ilə bağlı səlahiyyətlərini müəyyən edəcək. Parlamentə təqdim edilən qanun layihəsi rəqəmsal larinin statusunu müəyyən edir. Belə ki, layihə "əskinas" və "buraxılış" anlayışlarını genişləndirir, həmçinin pulun rəqəmsal formada buraxılmasını əks etdirir.

Parlamentin Maliyyə və Büdcə Komitəsinin sədri Paata Kvijinadzenin sözlərinə görə, Gürcüstan yaxın gələcəkdə rəqəmsal lari buraxmaq üçün bütün lazımi proqram təminatını və infrastrukturu əldə etmək imkanına malik olacaq.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью