Gürcüstan rəsmiləri Avropaya vizasız gedişdən məhrum edildi

27.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Şurası Aİ-Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi bəndlərinin dayandırılması barədə qərar qəbul edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda bildirilib.

Qərara əsasən, vizasız gediş-gəliş rejimi aşağıdakı kateqoriyalara şamil ediləcək:

Hökumətlərarası təşkilatlar tərəfindən Aİ ölkəsinin ərazisində keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətlərinin üzvləri, Gürcüstanın milli və regional hökumətlərinin və parlamentin üzvləri, Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin üzvləri, diplomatik pasport sahibləri.

Qeyd olunub ki, adi pasporta malik Gürcüstan vətəndaşları Aİ-yə qısamüddətli səfərlər zamanı vizasız rejimdən yararlanmağa davam edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью