Gürcüstan rəsmilərinin Aİ yə vizasız səfərləri məhdudlaşdırıla bilər | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Avropa İttifaqında (Aİ) Gürcüstanın yüksək vəzifəli şəxslərinə geniş miqyaslı viza məhdud
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Markus Lammert bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası Gürcüstanla vizasız rejimlə bağlı qiymətləndirməni Avropa Parlamenti və Avropa Şurasına təqdim edib.
“Sənədin təsdiqindən sonra hakim “Gürcü Arzusu” partiyasının diplomatik pasporta malik heç bir yüksək vəzifəli nümayəndəsi Avropa İttifaqının 27 ölkəsinə vizasız daxil ola bilməyəcək”, - Lammert əlavə edib.
Komissiya rəsmisi vurğulayıb ki, müəyyən mərhələdə geriləmənin davam edəcəyi halda viza məhdudiyyətlərinin Gürcüstanın bütün əhalisinə də şamil edilməsi imkanı yarana bilər, lakin bu, avtomatik olaraq baş vermir.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martından qüvvədədir.
Aİ-nin 10-dan çox ölkəsi ötən il Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi aradan qaldırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu