Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Gürcüstan baş nazirinin yeni təyin olunmuş xüsusi elçisi Georgi Zurabaşvili ilə əlaqə yaradıb. Rusiya nümayəndə heyyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Zurabaşvili arasında aparılan ilkin danışıqlarda kiçik fikir ayrılıqları müşahidə olunur.
Moskva ilk növbədə iqtisadi ticarət məsələsinin genişləndirilməsini, Tbilisi isə Abxaziya və Cənubi Osetiyanın statusunun müəyyənləşdirilməsi məsələsini önə çəkməyə çalışır.
Tərəflər hələ ki, öz fikirlərində qalır və danışıqların növbəti mərhələsi yəqin ki, yaxın vaxtlarda keçirilməyəcək.
Rusiya tərəfi növbəti dəfə Avropa İttifaqını danışıqlara müdaxilə etməkdə günahlandırıb. Bununla belə Zurabaşvili-Qaluzin arasında başlanan formatın, iki dpvlət arasında dialoqun yenidən başlanması kimi qiymətləndirib.
Rüstəm Hacıyev