Gürcüstan Rusiya sərhədində 4,2 bal gücündə zəlzələ olub

20.07.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.

Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью