Gürcüstan Rusiyadan çıxarılan ukraynalıların müraciətini rədd etdi

30.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Rusiyadan deportasiya edilərək "Dariali" sərhəd-keçid məntəqəsinin bufer zonasında qalan 17 Ukrayna vətəndaşının beynəlxalq müdafiə ilə bağlı müraciətlərini rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə vəkil Tsialu Ratiani məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanın əks-kəşfiyyat orqanı müraciət edən şəxsləri ölkə üçün təhlükə hesab edib. İmtinanın səbəbləri isə məxfi saxlanılıb və açıqlanmayıb.
Məlumata görə, sözügedən zirzəmidə bundan əvvəl Rusiyadan çıxarılan, əsasən keçmiş məhbuslar və mülki şəxslərdən ibarət 100-ə yaxın Ukrayna vətəndaşı saxlanılırdı. Onların bir hissəsinin sonradan Ukraynaya qayıtmasına nail olunduğu bildirilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью