Gürcüstan Rusiyanı dost ölkə hesab etmir

01.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Gürcüstanda nə dostları, nə də rusiyayönlü siyasi birlikləri var.

"Unikal" xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib. 

“Bizim Gürcüstanda rəsmi rusiyayönlü mövqe tutacaq partiyalarımız yoxdur, çünki Rusiya dostu olmayan dövlətdir”, - Samxaradze bildirib.

O, Rusiyanı dost dövlət hesab etmədiyini də vurğulayıb. Deputatın sözlərinə görə, Gürcüstanda heç bir siyasi partiya Rusiya Federasiyasının xeyrinə olan siyasəti dəstəkləmir. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью