Gürcüstan Rusiyanın bu qadağanı ləğv edəcəyinə ümid edir

12.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan hökuməti Rusiyanın bir neçə gürcü şirkətinin məhsullarına tətbiq etdiyi idxal qadağasının dəyişdiriləcəyinə ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bu barədə keçirdiyi brifinqdə danışıb.

RBC multimedia holdinqinin məlumatına görə, Rusiya oktyabrın 9-da bir neçə gürcü şirkətinin məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

“Biz bu məsələni araşdırırıq və ümid edirik ki, bu qərar dəyişəcək. Biz bunun üzərində işləyirik”, – Kobaxidze bildirib.

Murad İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью