Gürcüstan Rusiyaya üz tutsa, parçalanma olacaq Prezident

05.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

“Bir partiyanın hökuməti və baş naziri Gürcüstanın kursunu dəyişməyə qərar verdilər. Tərəfdaşlarımızın yumşaq desək, mənfi qarşıladığı bu qərarı öncə Putin, daha sonra Medvedev, Peskov və Duqinin qiymətləndirməsi diqqətə layiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin İctimai kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün Gürcüstan, prezidentdən başqa bütün institutlar bir partiyanın əlindədir.

Dövlət başçısı qeyd edib ki, cəmiyyətdə birliyin əldə olunmasının yeganə yolu təkrar seçkilərdir.

Prezident həmçinin qeyd edib ki, Gürcüstanın gələcəyi Avropa İttifaqındadır.

“Gürcüstan Avropa İttifaqına inteqrasiyadan uzaqlaşsa və Rusiyaya üz tutsa, bu, cəmiyyətdə parçalanmaya səbəb olacaq”, - S.Zurabişvili söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью