Gürcüstan ruslara və belaruslara avtomobil ixrac etməyi qadağan edib

23.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi respublikada Belarus və Rusiya vətəndaşları üçün avtomobillərin üçüncü ölkələrə ixracına qadağanın qüvvəyə mindiyini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bundan əvvəl gürcü KİV-i məlumat vermişdi ki, mayın 15-dən Gürcüstan Rusiya və Belarus vətəndaşları üçün ölkədən minik avtomobillərinin və xüsusi texnikanın ixracına tam qadağa qoyub.

“Gürcüstan ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara, xüsusən də Belarus və Rusiya vətəndaşlarına Gürcüstandan üçüncü ölkələrə avtomobillərin təkrar ixracına qadağa qoyulan 11-ci sanksiyalar paketinə əməl edir. Bu norma artıq qüvvədədir”, - deyə verilən məlumatda bildirilib.

Departament qeyd edib ki, qadağa digər xarici ölkə vətəndaşları tərəfindən avtomobillərin təkrar ixracına şamil edilmir.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin qeyd etdiyi kimi, 2023-cü ildən etibarən nəqliyyat vasitələrinin və xüsusi texnikanın birbaşa Rusiya və ya Belarusa təkrar ixracını qadağan edən tənzimləmə qüvvədədir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью