Gürcüstan səfiri istefa verdi

29.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili vəzifəsini tərk edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsində yazıb.

Səfir 20 ildən artıqdır ki, diplomatik xidmətdə olduğunu və bu müddət ərzində həmkarları ilə birlikdə Avropa və Avroatlantik məkana inteqrasiya prosesini sürətləndirməyə, strateji tərəfdaşlarla möhkəm və etimadlı münasibətlər qurmağa fəal çalışdığını bildirib.

Onun sözlərinə görə, bu səylər nəyin bahasına olursa-olsun pozulmamalıdır.

Xatırladaq ki, Gürcüstanda hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif dövlətlərdəki səfirliklərinin 100-dək əməkda birgə hakimiyyətin qərarına qarşı birgə bəyanat imzalayıb.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью