Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək ÖZƏL

16.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının mərkəzində Gürcüstanın Azərbaycandakı səfirliyinin yeni binası üçün torpaq sahəsi ayrılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, səfirliyin yeni binasının Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 173 nömrəli məktəbin arxasındakı boş ərazidə inşa olunması nəzərdə tutulur.
Artıq bir neçə gündür ki, ərazidə təmizlik işləri aparılır.
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana səfərə gəlib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə sabah ölkəmizə gələcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью