Gürcüstan Ukraynaya viza güzəşti etdi

03.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarının ölkədə vizasız qalma müddətini üç ildən bir ilə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə sərəncam imzalanıb.

“Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və 1 il ərzində ölkədə qalmaq hüququ var”, – deyə məlumatda bildirilir.

Vurğulanır ki, bu il fevralın 24-dən əvvəl Gürcüstana daxil olmuş ukraynalılar burada qalma müddətini 2026-cı il fevralın 24-dək uzada biləcəklər.

Qeyd edək ki, 2023-cü ildə Gürcüstanda ukraynalılar üçün vizasız qalma müddəti bir ildən iki ilə, keçən il isə iki ildən üç ilə uzadılmışdı.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью