Gürcüstan və ABŞ müdafiə sahəsində əməkdaşlıq barədə sənəd imzalayıblar

06.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan və ABŞ müdafiə sahəsində əməkdaşlıq barədə sənəd imzalayıblar

ABŞ Gürcüstana müdafiə sahəsində hərtərəfli yardımlar göstərəcək. Bununla əlaqədar "Yeniavaz.az.com"un RİA novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Tbilisidə Gürcüstan və ABŞ arasında 2017-2019-cu illərdə hərbi əməkdaşlıq barədə çərçivə sazişi imzalanıb. Anlaşmaya əsasən ABŞ Gürcüstanın müdafiə qabiliyyətini artırmağa və ölkənin təhlükəsizliyini təmin etməyə xidmət edən hərbi, hərbi-texniki yardım göstərəcək. İki ölkə arasında imzalanan çərçivə sazişinin əhəmiyyətinə toxunan Gürcüstan müdafiə naziri Levan İzoriya: "ABŞ Gürcüstanın təhlükəsizliyinin təmin edilməsini əsas diqqət mərkəzində saxlayır. İki ölkə arasında imzalanan müdaifə sahəsində əməkdaşlıq barədə çərçivə sazişi də buna xidmət edir. Biz anlaşma çəçrivəsində həm ABŞ-la, həm də NATO ilə hərbi əməkdaşlığı daha da genişləndirəcəyik",-deyib.

İzoriya həmçinin qeyd edib ki, Gürcüstan öz strateji tərəfdaşı ilə birlikdə birgə hərbi təlim mərkəzi yaradacaq və orada müntəzəm olaraq iki ölkə hərbi güclərinin iştirakı ilə təlimlər keçiriləcək.

Xatırladaq ki, iki ölkə arasında hərbi sahədə əməkdaşilıq haqqında çərçivə sazişinin imzalanması barədə razılıq bu yay ABŞ dövlət katibi Con kerrinin Tbilisiyə səfəri zamanı əldə edilib. Sənədə əsasən ABŞ Gürcüstanın hava, quru və dəniz sərhədlərinin müdaifəisi sahəsində adı çəkilən ölkəyə hərbi texniki yardım göstərməyi öz öhdəsinə götürüb.

Əziz Mustafa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью