Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyan ilə telefon danışığı aparıb.
XQ xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib.