Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

18.11.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin ilk görüşü noyabrın 19-da Minskdə keçiriləcək.

Bu barədə çərşənbə günü Gürcüstan hökumət administrasiyası “Gürcüstanın Birinci Kanalı”na məlumat verib.

“Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya Federasiyasının nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Qaluzinin ilk görüşü 2026-cı il noyabrın 19-da Minskdə keçiriləcək”, – deyə Gürcüstan hökumət administrasiyasının bəyanatında bildirilib.

AzPost.az

Post navigation

Previous: Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью