Gürcüstan və Slovakiya BMT də Ukraynanın lehinə səs verib

18.04.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

Qətnamənin əleyhinə səs verən 9 ölkədən biri ABŞ-dır

Gürcüstan və Slovakiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna ilə bağlı Rusiyanı Ukraynaya təcavüzdə ittiham edən qətnaməsinin lehinə səs verib. AYNA.AZ xəbər verir ki, səsvermənin nəticəsi BMT-nin rəsmi saytında dərc olunub.

“BMT ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı qətnaməni 105 ölkə dəstəkləyib, 9-u əleyhinə səs verib. Qətnamənin əleyhinə səs verən 9 ölkədən biri ABŞ-dır.

“Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündən sonra Avropanın hazırda üzləşdiyi görünməmiş problemlər BMT ilə Avropa Şurası arasında əməkdaşlığın gücləndirilməsini tələb edir”, - sənəddə qeyd olunub.

Bundan əvvəl Slovakiya Parlamenti müxalif “Tərəqqiçi Slovakiya” Partiyasının Rusiyanın Ukraynadakı hərəkətlərini pisləmək təşəbbüsünü rədd edib. Həmçinin Slovakiyanın Baş naziri Robert Fiko mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью