Gürcüstan vətəndaşları İsraili tərk edirlər

21.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi, 21 iyun, AZƏRTAC

Gürcüstan vətəndaşları İsraili tərk edirlər. Artıq min nəfərə yaxın Gürcüstan vətəndaşı İsraili tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Gürcüstan hökuməti İsrailin müvafiq dövlət xidmətləri ilə sıx əlaqədədir və ölkə vətəndaşlarının ən qısa zamanda vətənlərinə təhlükəsiz qayıtmasını təmin edir.

Gürcüstanın İsraildəki səfirliyi yaranmış gərgin vəziyyət səbəbindən fövqəladə rejimdə fəaliyyətini davam etdirir. Diplomatik nümayəndəlikdə Gürcüstan vətəndaşları üçün yaradılan “qaynar xətt” xidmətinə 500 nəfərdən çox şəxs müraciət edib.

Gürcüstan vətəndaşları İsrail-İordaniya və İsrail-Misir sərhəd-keçid məntəqələrindən istifadə edərək İsraili öz istəkləri əsasında mövcud pasportlarla tərk edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью