Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Türkiyə və Ermənistan öndədir

11.08.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin ikinci rübündə Gürcüstan ərazisindən xaricə gedən 572 min Gürcüstan vətəndaşı qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.

Gununsesi.info  Gürcüstan Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, xaricə gedən Gürcüstan vətəndaşlarının 388,7 min nəfəri turist kimi səfər edib.
Məlumatda bildirilir ki, səfərlərin əksəriyyəti Türkiyəyə və Ermənistana edilib. Bu ilin ikinci rübündə Türkiyəyə 195,6 min (34,2%), Ermənistana isə 109,8 min (19,2%) Gürcüstan vətəndaşı gedib.
Bundan başqa, hesabat dövründə 112,7 min nəfər (19,7%) Avropa İttifaqı ölkələrinə, 82,9 min nəfər (14,5%) Rusiyaya, 9,7 min nəfər (1,7%) Azərbaycana səfər edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью