Gürcüstan XİN başçısı: Azərbaycanla əla münasibətlərə malikik

26.10.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"Gürcüstan qonşu Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığa və əla münasibətlərə malikdir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Sofiya İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.

O, Gürcüstanın Qazaxıstan və Özbəkistanla tərəfdaşlığı gücləndirdiyini, bunun strateji səviyyədəki münasibətlərdə öz əksini tapdığını qeyd edib.

XİN başçısı Orta Dəhlizin müxtəlif regionların bir-biri ilə əlaqələndirilməsi baxımından böyük potensiala malik olduğunu bildirib.

"Əgər Orta Dəhlizi rəqabətədavamlı bir marşruta çevirmək istəyiriksə, onun potensialını və üstünlüklərini qiymətləndirməliyik. Gürcüstan üçün Orta Dəhlizin inkişafında mühüm rol oynayan ölkələrdən biri kimi tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi prioritetdir. Biz məhz bu sahəyə sərmayə yatırırıq. Orta Dəhlizin inkişafı baxımından tərəfdaşlarla siyasi dialoq aparmaq da çox vacibdir", - deyə Maka Boçorişvili əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью