Gürcüstan XİN başçısının müavini istefa verib? Baş nazir açıqladı

01.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Gürcüstanın xarici işlər nazirinin mavini Teymuraz Cancaliya xarici işlər nazirinin müavini vəzifəsini tərk etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, yeni xarici işlər naziri Maya Boçorişvilinin kadr qərarı olub və T.Cancaliyaya xidmətdə qalmaq təklif edilib.

“Maka Boçorişvili və Teymuraz Cancaliya arasında söhbət olub, qərar qəbul edilib və artıq əvəzləmə planlaşdırılıb. Teymuraz

Cancaliyanın qərarının necə olacağını bilmirəm”, - İ.Kobaxidze deyib.

Qeyd edək ki, ötən gün yerli mətbuat T.Cancaliyanın istefası barədə məlumatlar yaymışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью