Gürcüstan XİN rəhbəri: “Vizasız gedişgəlişi dayandırmaqla vətəndaşları şantaj edirlər” Yeni Çağ Media

12.12.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vizasız gediş-gəlişi dayandırmaqla, faktiki olaraq, Gürcüstan vətəndaşlarını şantaj edirlər.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, dekabrın 16-da Aİ-yə üzv ölkələrin XIN başçılarının iclasında Gürcüstanla ikitərəfli münasibətlərə xələl gətirəcək hansısa qərar gözlənilmir.

“Dekabrın 16-da müzakirələri gözləyək. Biz bilirik və görürük ki, bəzi üzv dövlətlər açıq şəkildə kifayət qədər aqressiv mövqelərə malikdirlər və hətta Gürcüstana münasibətdə bunu dilə gətirirlər. Halbuki biz də bilirik ki, Aİ-nin çox sayda üzvü bu mövqeləri bölüşmür”, – nazir deyib./Apa/

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью