Icma.az, Gununsesi saytına istinadən bildirir.
Gürcüstan XİN rəhbəri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb.
Gununesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki ən son inkişaflar və Azərbaycanın bu məsələyə dair mövqeyi Gürcüstanın xarici işlər naziri ilə bölüşüldü. Həmçinin, Gürcüstanın xarici işlər naziri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası və mina təhdidləri barədə məlumatlandırılıb”, – nazir qeyd edib.