Gürcüstan XTQ etirazçıları meydandan uzaqlaşdırmağa başladı | Icma.az
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.
Məlumata görə etirazçıları dağılışmağa səsləyən xəbərdarlıq sirenası səslənir.
Xüsusi təyinatlılar Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına üç tərəfdən yaxınlaşaraq, onları yarımmühasirəyə alıblar.
Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu