Gürcüstan yeni hökumətinin təsdiqlənəcəyi tarix açıqlanıb

26.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu barədə qanunverici orqanın spikeri Şalva Papuaşvili bildirib.

"Cümə axşamı günü keçiriləcək plenar iclasda hökumətin tərkibi təqdim olunacaq və biz onu təsdiq edəcəyik", - Papuaşvili qeyd edib.

Hökuməti yalnız “Gürcü arzusu”ndan olan deputatlar təsdiq edəcək.

Müxalifət parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və qanunverici orqanın işində iştirak etmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью