Gürcüstan yeni inqilabın astanasındadır? Tbilisidən REAKSİYA | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanda parlament seçkisi başa çatsa da, nəticələri ilə bağlı mübahisələr davam edir.
Müxəlifət partiyaları seçkilərin nəticələrinin təsdiqlənməsindən sonra Tbilisinin müxtəlif yerlərində aksiyalar keçirir.
Seçkilərin rəsmi nəticəsinə görə, hakim “Gürcü arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb.
Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və parlamentdə yer almaqdan imtina edirlər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, 11-ci çağırış parlamentin ilk iclası 25 noyabrda keçiriləcək.
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı səsvermənin gizliliyinin və ümumi seçki hüququnun pozulması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
30 müxalifətçi deputa da parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsi tələbilə Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Tam oxu
Xəbəri oxu