Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və Aİ ilə yaxınlaşma Kremlin planlarını pozurVasif Əfəndiyev: “Gürcüstan Rusiyanın təsir imkanlarını minimuma endirir”"Son aylarda Gürcüstanın xarici siyasətində yeni konturlar getdikcə daha aydın görünməyə başlayır.
Tbilisi həm ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə, həm də Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirməyə çalışır".
Bunu Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib.
Siyasi şərhçi bildirib ki, bu kurs ölkənin suverenliyi və təhlükəsizliyi üçün prioritet istiqamət kimi təqdim olunur: "ABŞ ilə münasibətlərin yenidən qurulması tendensiyasını görürük.
Gürcüstan rəhbərliyi Vaşinqtonla münasibətlərin zəifləmiş dinamikasını bərpa etməyə xüsusi önəm verir.
Prezident Kavelaşvili tərəfindən ABŞ administrasiyasına ünvanlanan müraciətdə Gürcüstana diqqətin artırılmasının vacibliyi vurğulanır.
Dövlət başçısı bildirir ki, strateji tərəfdaşlığın gücləndirilməsi ölkənin əsas prioritetlərindən biridir.