Gürcüstan yükdaşıma sahəsində Azərbaycan və Qazaxıstanla sıx əməkdaşlıq edir

21.11.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 21 noyabr, AZƏRTAC

“ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş zamanı biz "Tramp dəhlizi"ndən (Zəngəzur dəhlizi) danışdıq. Bu dəhliz Gürcüstandan keçmir, lakin qeyd etdik ki, regionda yüklərin təhlükəsiz daşınmasını təmin edən dəhliz olarsa, bu, bütün regiona müsbət təsir edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani İctimai Yayımçının "Biznes tərəfdaşı" proqramında deyib. Onun sözlərinə hörə, Gürcüstana dost ölkələr olan Türkiyə, Ermənistan və Azərbaycanın bu sahədə ortaq maraqları var. "İqtisadiyyatda bunun avtomatik olaraq qonşularımıza təsir edəcəyi aksiomadır, çünki bizim hər üç cənub qonşumuzla çox yaxşı münasibətlərimiz var", - deyə L.Jorjoliani bildirib. O əlavə edib ki, Gürcüstan dənizə çıxışı olmayan 8 ölkə üçün dəhliz rolunu oynayır.

"Biz avtomobil, liman və dəmir yolu infrastrukturunun inkişafına böyük sərmayə qoyuruq. Deyə bilərik ki, artıq Azərbaycan və Qazaxıstanla, xüsusən də yükdaşıma sahəsində çox sıx əməkdaşlığımız var", - deyə L.Jorjoliani bildirib.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью