Gürcüstan zəbt edilib, müharibə olacaq Zelenski

12.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qərb Gürcüstandakı situasiyaya və Rusiyanın bu ölkə üzərində nəzarətini bərpa etməsi səylərinə kifayət qədər qətiyyətlə reaksiya verməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukraynanın məğlubiyyəti Avropada olduğu kimi, onun ətrafında, həmçinin Gürcüstanda da müharibəyə gətirib çıxaracaq:

“Dünən azad, demokratik olan Gürcüstan artıq oliqarxlar tərəfindən zəbt edilib. Bütün hakimiyyət Moskvaya bağlı bizneslə əlaqəlidir. Bəs ABŞ bunun qarşılığında hansı güclü tədbirləri görüb? Avropa dövlətləri hansı addımları atıblar? Mən heç nə görmürəm. Moldovada da bundan sonra eyni şeylər olacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью