Gürcüstan Zurbaişvilidən qurtulur: Prezident seçkiləri bu il keçirilə bilər

25.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Gürcüstanda prezident seçkilərinin vaxtını çərşənbə axşamı ölkə parlamenti müəyyən edəcək.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin spikeri vəzifəsini icra edən Şalva Papuaşvili bildirib.

“Müəyyən halları nəzərə almalıyıq ki, biz beş il müddətinə prezident seçməliyik. Ona görə də prezidentin beş il müddətinə seçilməsi üçün seçkilərin və prezidentin andiçmə mərasiminin bu il baş tutması vacibdir”, - Papuaşvili bildirib.

Konstitusiyanın dəyişdirilmiş maddəsinə əsasən, Gürcüstan prezidenti birbaşa səsvermə yolu ilə deyil, 300 seçici - parlament üzvləri və yerli administrasiyaların rəhbərləri tərəfindən seçilir.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью