Gürcüstana Azərbaycan dilində dərsliklər göndərilib

15.10.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəblərinə 2025-2026-cı tədris ili üçün dərsliklər göndərib.

APA-nın yerli bürosu xəbər verir ki, 18 adda 21 179 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Vəsaitlərə I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri daxildir.

Təhvil-təslim prosesində Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью