Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə öldü

02.02.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan vətəndaşı Bolnisidə hoteldə dünyasını dəyişib.

Lent.az regionpress.ge saytına istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.

Məlumata görə, şəxsin vəziyyəti gecə saatlarında pisləşdiyi üçün qaldığı hotelə təcili yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Vəfat edən şəxsin Gürcüstana  işləmək üçün getdiyi bildirilir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

Polis şəxsin kimliyinin müəyyən edilməsi məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib.

Mərhumun bir azyaşlı övladı olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью