Gürcüstana səyahət sığortasını haradan alaq?

25.05.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bakı-Tbilisi reysi ilə Gürcüstana giriş üçün tələb olunan səyahət sığortasını seçdiyiniz sığorta şirkətindən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta şirkətinin agentindən əldə etmək olar. 

Bu barədə “Cebheinfo.az”-a Azərbaycan Dəmir Yollardan məlumat daxil olub.

Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı ildən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur. 

Sözügedən sənəd ADY-nin əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmiryol əməkdaşları tərəfindən yoxlanılacaq. Vətəndaşlar sığorta sənədini özü ilə götürməlidir. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью