Gürcüstana yağan güclü qar fəsadlara yol açıb

26.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Gürcüstana yağan güclü qar Quriya və Acarıstan bölgələrində həyata mənfi təsir göstərib.

Bakıvaxtı.az bu barədə gürcü mediasına istinadla xəbər verir.

Bildirilib ki, Qara dəniz sahilində yerləşən Batumi şəhərində qar yağması səbəbindən təhsil iki gün dayandırılıb.

Güclü qar yağması səbəbindən bəzi təyyarə və qatar reysləri ləğv edilib, bəzi yollar, xüsusən də dağlıq ərazilərdə nəqliyyatın hərəkəti müvəqqəti bağlanıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью