Gürcüstana yağan leysan yağışları problemlər yaradıb

22.07.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin qərb bölgəsində problemlərə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Adıgey rayonunun Tsageri Bələdiyyəsi ərazisində torpaq sürüşməsi baş verib. Lacanuri çayının daşması nəticəsində “Laşıçala” istirahət mərkəzinə gedən yoldakı körpü yararsız hala düşüb, hazırda həmin istiqamətdə hərəkət dayandırılıb. Bəzi ərazilərdə sakinlər də təxliyə olunublar.

Avtomobil Yolları İdarəsinin texnikası əraziyə cəlb edilib, yolların təmizlənməsi işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью