Gürcüstana yağış yağdı, şəhərlər işıqsız qaldı

24.07.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatları sosial şəbəkədə Gürcüstanın müxtəlif bölgələrində yaşayan vətəndaşlar yayıblar.

Məlumata görə, ölkə ərazisində yağan güclü yağış səbəbindən paytaxt Tbilisi və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində fasilə yaranması ehtimal olunur.

Bu vaxta qədər Gürcüstanın Elektrik Sistemi məsələ ilə bağlı açıqlama verməyib. Qurumun mətbuat xidməti telefon zənglərinə cavab vermir.

Məlumat yenilənəcək.

/Aktual.ge

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью