Gürcüstana yeni giriş qaydası 1 yanvardan qüvvəyə minəcək

08.12.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstana yeni giriş qaydası 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Modern.az xəbər verir ki, Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, ölkəyə daxil olan xarici vətəndaşların etibarlı tibbi sığortası olmalıdır.

Açıqlamada deyilir: "Minimum sığorta məbləği ən azı 30.000 lari (təxminən 12.000 dollar) olmalıdır. Sığortanın təmin edilməməsi sərhəddə girişin rədd edilməsinə və ya əlavə tələblərə səbəb ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью