Gürcüstanda 14 əcnəbi saxlanıldı: aralarında azərbaycanlı da var

18.01.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib.

Əcnəbilər Gürcüstanı könüllü şəkildə tərk etməni nəzərdə tutan qərarda göstərilən şərtlərdən istifadə etməyiblər və nəticədə DİN-nin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar verib.

Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью