Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib

22.05.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan DİN-in Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələri tərəfindən kompleks tədbirlər çərçivəsində 15 xarici vətəndaş ölkədən çıxarılıb.

AYNA.AZ-ın Gürcüstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-in məlumatında deyilir.

Bunlar Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşlarıdır.

"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparan orqan Gürcüstan DİN-in Miqrasiya Departamentidir. Onun səlahiyyətlərindən biri Gürcüstanda qanunsuz əsaslarla olan xarici vətəndaşların aşkarlanmasıdır", - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью