Icma.az, Apa.az saytına istinadən bildirir. Gürcüstan əsilli 20 Yanvar şəhidlərindən biri olan İsmayıl Mursaqulovun xatirəsi doğulduğu Marne
Kənddə küçələrdən birinə və 2 saylı azərbaycandilli natamam orta məktəbə onun adı verilib.
Küçə bu gün də İsmayıl Mursaqulovun adını daşıyır, lakin təhsil ocağından götürülüb.
Şəhid həmin məktəbdə təhsil almasa da, küçə ilə birgə Qızılhacılıda Mursaqulovlar nəslinin yurd yerində yerləşir.
Şəhidin yaxın qohumu Fərid Mursaqulov APA-nın Gürcüstan bürosuna bildirib ki, məktəbə İsmayıl Mursaqulovun adı 20 Yanvar faciəsindən sonrakı illərdə verilib, 2000-ci illərin əvvəlində isə götürülüb.
“İsmayıl Mursaqulovun adının məktəbə qaytarılması xahişi ilə ötən ilin aprelin 28-də tələb olunduğu kimi Marneuli meriyasına və bələdiyyə şurasına müraciət təqdim etmişəm.
Müracətimə Qızılhacılı sakinlərinin 140-a yaxın imzası əlavə olunub. Müraciətimə komissiyanın iclasında baxılacağı bildirildi.
Amma təəssüflər olsun ki, doqquz aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müraciətimə hər hansı bir cavab verilməyib”, - o deyib.