Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
İki şübhəli saxlanılıb: faktla bağlı cinayət işi açılıb
Gürcüstanın Marneuli rayonunda qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə iki Azərbaycan vətəndaşı saxlanılıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, 2004-cü il təvəllüdlü N.A. Marneuli kəndlərindən birində 2006-cı il təvəllüdlü bir qızı evlənmək üçün məcburi qaçırıb. 2000-ci il təvəllüdlü S.B. də cinayətdə iştirak edib.
Hər iki şübhəli əməliyyat zamanı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.