Gürcüstanda 200 ə yaxın Azərbaycan vətəndaşı həbs cəzası çəkir KONKRET

30.09.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 199 nəfər təşkil edir.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşlarının 57-si kişi, 7-si qadın olmaqla 64-ü təqsirləndirilən şəxs, 118-i kişi, 17-si qadın olmaqla isə 135-i məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan 76 nəfər Azərbaycan vətəndaşı var ki, onların 67-si kişi, 9-u isə qadındır.

Qonşu ölkənin həbsxanalarında ümumilikdə 1 741 xarici vətəndaş saxlanılır, 716 əncəbiyə isə probasiya nəzarəti tətbiq olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью