Gürcüstanda 3,1 milyon avtomobil var

20.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 20 noyabr, AZƏRTAC

Gürcüstanda 3,1 milyon avtomobil var, onların da təxminən 2 milyonu Gürcüstan vətəndaşlarına məxsusdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib. Onun sözlərinə görə, ölkədə 3,1 milyondan çox avtomobil var və bu da yol qəzalarının baş vermə ehtimalını artırır.

Nazir müavini deyib ki, 2025-ci ilin 9 ayının məlumatlarına əsasən, ölkədə Gürcüstan vətəndaşlarına məxsus 1 milyon 972 min 692 avtomobil qeydiyyatdadır. Bu ilin 9 ayında xarici ölkə vətəndaşları Gürcüstana 1 milyon 151 min 943 avtomobil idxal edib.

Daxili İşlər Nazirliyi yol hərəkəti qaydalarının pozulmasına, o cümlədən sürət həddini aşmağa və düzgün manevr etməyə görə cəzaları artıran qanun layihəsini parlamentə təqdim edib.

“Nazirlik hesab edir ki, cərimələrin artırılması Gürcüstanda yollarda ölüm hallarının azaldılması üçün qabaqlayıcı tədbirlər yaradacaq”, – deyə Daraxvelidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью