Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 23 iyun, AZƏRTAC
Bu gün səhər saatlarında Gürcüstanda zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 4,4 bal gücündə zəlzələnin episentri Ambrolauridən 7 kilometr qərbdə, Xonçiori kəndində qeydə alınıb.
Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi